Türkiyə Milli Kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kalın Dəməşqdəki Əməvi məscidində namaz qılıb.
*** 19:24
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Suriya paytaxtına getməsi ilə bağlı xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, bundan əvvəl "Əl-Cəzirə" kanalı Fidanın Türkiyənin digər rəsmi nümayəndə heyətinin müşayiəti ilə Dəməşqə getdiyi barədə məlumatlar yaymışdı.
"Bu, doğru deyil", - deyə mənbənin məlumatında bildirilir.