Vəli Məmmədovun metro əməliyyatı
Milyonlarla manat pul necə silinir
Son illər bir çox sahələrdə inkişaf getdiyi kimi metro sahəsində də ciddi uğurlara imza atılıb. Belə ki, yeni stansiyalar istifadəyə verilib, həmçinin təmir-tikinti, yenidən quraşdırma işləri də sistemli şəkildə həyata keçirilir. Amma bunların arasında elə işlərdə var ki, bu nəinki utanverici haldır, həmçinin gələcəkdə sərnişinlərin həyatı üçündə bir başa təhlükə olacaq.
Belə ki, Bakıda metro tikinti işləri ilə məşğul olan idarələrdən biri də "Metrotuneltikinti" SC-in 2 saylı Metrotunel tikinti idarəsidir. Vəli Məmmədovun rəhbəri olduğu bu idarə hazırda şəhərin Həzi Aslanov metrosu yaxılnlığındakı keçiddə və papanin deyilən ərazidə metro tikintisi işlərilə məşğuldur. Əldə etdiyimiz məlumata görə hər iki sahədə görülən işlər sadəcə olaraq sabah üçün təhlükə mənbəyi olacaq. Çünki "Metro tunel tikinti" SC-in 2 saylı metro tunel tikinti idarəsinin rəisi Vəli Məmmədov tikinti işləri üçün lazım olan avadanlıqları və tikinti materiallarını bazar qiymətlərindən dəfələrlə baha qiymətə sənədləşdirirlər və bununla da milyonlarla manat pul sadəcə olaraq silinir. Çox qəribədir ki, Vəli Məmmədovun gördüyü işlər həddindən artıq yüksək xərclərlə göstərilsədə yuxarı dairələrdə buna görə Vəli Məmmədova söz deyən yoxdur. "Metro tunel tikinti" SC-də ki,şəxsin "Unikal"a dediyinə görə Vəli Məmmədova səhmdar cəmiyyətdə rəis müavinlərindən biri himayə edir və zaman-zaman problemlər yarananda bunları həm həll edib, həm də Vəli Məmmədova ən gəlirli layihələri verir. İndinin özündə də Vəli Məmmədov daha çox sahədə layihələr həyata keçirir. Buda aydın olur ki, "Metro tunel tikinti" SC-in 2 saylı metro tunel tikinti idarəsinin rəisi Vəli Məmmədov idarəni sırf yerliçilik prinsipi ilə idarə edir. Hətta ən gəlirli sahələr ağına-bozuna baxmadan qohumlarına həvvalə edilir. Hazırda idarəni də onun qohumları demək olar ki, idarə edir. Həmçinin adi fəhlələrdə gərək Vəli Məmmədovun ya qohumu olsun yada yerlisi. Çox maraqlı başqa bir fakt isə budur ki, Vəli Məmmədov həm də sən demə gözə görünməz milyonerlərdən imiş. Onun Bakıda hektarlarla torpaq sahələri, biznes şəbəkələri, daşınmaz əmlakları var. Amma bunları başqa-başqa adamların adına sənədləşdirməklə diqqətdən kənarda qalmağa çalışıb. Buna görə yaxın saylarımızda Vəli Məmmədovun biznes strukturlarını və rəhbəri olduğu idarədə onun qara işlərini həyata keçirən qohumlarının siyahısını diqqətinizə çatdıracağıq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35