Azərbaycan Mərkəzi Bankı (AMB) ki fiziki şəxsə sığorta agenti fəaliyyətinə dair verdiyi lisenziyaları ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bank 10 sığorta agentinin lisenziyasını ləğv etmişdi.