"2020-ci ildən 2024-ci ilə qədər təhsilə görə çağırışa möhlət verilənlərin sayında 44 faiz artım müşahidə olunur. Bunlardan respublikanın təhsil müəssisələrində təhsil alanların sayı artıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev deyib.

"Magistr və rezidenturaya daxil olanların sayı da səsləndirilən göstəricilərə uyğun olaraq artıb. Müəyyən məbləğ qarşılığında onları xidmətdən azad etsək, bu, silahlı qüvvələrin komplekləşdirilməsinə ciddi mənfi təsir göstərə bilər. Bu, çağırış resursunun itirilməsinə ciddi təsir göstərən amildir. Bizim əsas vəzifəmiz silahlı qüvvələrin keyfiyyətli komplekləşdirilməsidir", - deyə idarə rəisi bildirib.

Anar Kəlbiyev