Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

"Unikal" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abdullayev Elnur Məzahir oğlu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.

TƏBİB-in icraçı direktorunun müşaviri Səkinə Sadıqova Elnur Abdullayevi kollektivə təqdim edib.

Elnur Abdullayev bundan əvvəl xəstəxanada direktor müavini-baş həkim vəzifəsində çalışıb.