Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtda yollardakı vəziyyət barədə sürücülərə müraciət edib.
"Unikal" xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.