Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib. 

"Unikal" xəbər verir ki, Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

 "2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin Ali Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib", -məlumatda deyilir.

Qeyd olunur ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb. Li Jianpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox) mənimsədiyini müəyyən edib.  

Məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib lakin ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb. 

Gülayə Mecid