Azərbaycanın milli aviadaşıyıcısı AZAL Yeni il ərəfəsində səyahətləri daha əlçatan etmək və sərnişinləri sevindirmək üçün xüsusi “Yeni il” kampaniyasını elan edir. 

Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

20 dekabr-5 yanvar satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il yanvarın 10-dan aprelin 30-na kimi və 20 sentyabr-26 oktyabr tarixləri arasında həyata keçiriləcək reyslərə şamil olunur. 

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinif tarifləri üçün keçərlidir, vergi və yığımlara şamil edilmir. Endirimli biletlərin sayı məhduddur. 

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, kodşerinq, çarter və ölkədaxili uçuşları, həmçinin bəzi istiqamətləri əhatə etmir. 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app 

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!