İstanbulda polis əməkdaşı yolda mübahisə etdiyi sürücünü sakitləşdirmək məqsədilə atəş açıb. 

"Unikal" NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində digər sürücü ağır yaralanıb. Məlum olub ki,  polisin vurduğu şəxs Türkiyənin məşhur memarı 86 yaşlı Turqut Toydemirdir.

O, qısa zamanda xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır. 

Hadisədən sonra polis saxlanılıb, daha sonra isə vəzifəsindən uzaqlaşdırılıb.

İstanbul Polis İdarəsi hadisə ilə bağlı açıqlama yayıb. Məlumatda polis S.Ç-nin öz avtomobilində hərəkətdə olarkən yol hərəkəti səbəbilə digər sürücü T.T ilə aralarında mübahisə yarandığı qeyd olunub. 

Buna görə də polis S.Ç. silahla digər avtomobilə doğru atəş açıb. Nəticədə memar ağır yaralanıb. 

Gülayə Mecid