İspaniyada polis Çuçi ləqəbi ilə tanınan futbolçu Xesus Emilio Diaz de Mieranı həbs edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, futbolçunun həbsi El Puerto de Santa Maria şəhərində (Kadis əyaləti) baş tutub.

Bilbao "Atletik"inin keçmiş futbolçusu külli miqdarda narkotik qaçaqmalçılığında ittiham olunur. O, 2009-cu ildə Argentinadan Valensiya limanına digərlərinin köməyi ilə 950 kiloqram kokain gətirib. Narkotikin qara bazarda təxmini dəyəri 32 milyon avrodan çox olub. 2014-cü ildə Miera 9 il həbs cəzasına məhkum edilib, lakin o, cəzadan yayınmaq üçün qaçıb.

Ağarza Elçinoğlu