Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, əvvəl də onun barəsində olan cəza toplanılıb. Belə ki, təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham edilib.

O, yaşlı insanlara təqaüd düzəltmək adı ilə 400 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Seymur Əli