Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü bəyanatına cavab verib. 

"Unikal" xəbər verir ki, azərbaycanlı diplomat bu barədə özünün "X" hesabında yazıb. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Paşinyanı dediklərini sözdə yox, əməldə etməyə çağırıb: "Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir. 

Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz".

Xatırladaq ki, Paşinyan bu gün sosial şəbəkə hesabında Bakını qarşılıqlı olaraq "gərginləşdirici hekayələrdən əl çəkməyə" və sülh müqaviləsini imzalamağa çağırmışdı

Ağarza Elçinoğlu