Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələrini sərtləşdirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, yayılmış xəbərdarlıqda Rusiya hava məkanında “60-cı meridian şərq uzunluğunun qərbində” “bütün səviyyələrdə” uçuşlardan çəkinmək tövsiyə edilir.
Tənzimləyici xatırladıb ki, Aİ-dən olan aviaşirkətlər Rusiya Federasiyasına uçuşlar həyata keçirmir, lakin tövsiyə agentlik tərəfindən sertifikatlaşdırılmış üçüncü ölkələrin xarici daşıyıcılarına şamil edilir.
Onun etibarlılıq müddəti 31 iyul 2025-ci il tarixinədəkdir. Vəziyyətin qiymətləndirilməsinin dəyişməsindən asılı olaraq tövsiyəyə yenidən baxıla və geri götürülə bilər.