Almanya Suriyaya əlavə 50 milyon avroluq humanitar yardım edəcək.

"Unikal" xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, “biz keçid dövründə mülki əhaliyə əlavə olaraq 50 milyon avro humanitar yardım göstəririk”.

Qeyd olunub ki, bu, Suriyadakı vəziyyəti sabitləşdirmək və Almaniyada, Avropada təhlükəsizliyi təmin etmək məqsədini daşıyır.

 

Almaniya hakimiyyəti bildirir ki, keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına qarşı tətbiq edilən sanksiyalar “qüvvədə qalmalıdır”, lakin mülki əhalinin təcili yardıma ehtiyacı var. Bu, infrastrukturun bərpası, enerji və maliyyə ehtiyaclarını qarşılamaq məqsədini daşıyır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok, yanvarın 12-də Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ər-Riyadda keçirilən Suriya üzrə genişlənmiş danışıqlarda iştirak edir.