Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, nəticədə birinin ölməsi ilə bağlı araşdırma aparılır.
"Unikal"ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***11:40
Abşeronda Hindistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavodda fəhlə işləyən Hindistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb.
Harı Prakash xəstəxanada ölüb. Digər Hindistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.