İranın Xuzistan əyalətinin Behbahan rayonunda 4,0 bal gücündə zəlzələ baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Behbahan yaxınlığında, Xuzistan əyaləti ilə Kəhgül və Boyer Əhməd əyalətləri arasında sərhəddə yerləşib.
İran Milli Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yer səthindən 10 kilometr dərinlikdə baş verib.
Tələfat və ya dağıntılar barədə məlumat verilmir.