“Lukoyl”da ABŞ-nin yeni sanksiyaları fonunda şirkətin rəhbəri dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Açıqlama Mərkəzinin saytında məlumat verilib.

"Sergey Alekseeviç Koçkurov LUKOIL PJSC-nin Baş İcraçı Direktoru təyin edilib", - açıqlamada bildirilib. 

Qeyd edək ki,  "Lukoyl" təsisçisi Vahid Ələkbərovdur. O,  2022-ci ildə Böyük Britaniya tərəfindən sanksiyalar siyahısına daxil edildikdən sonra "Lukoyl"da rəhbər vəzifələrdən ayrılıb.

ABŞ isə ötən günlərdə “Lukoyl”un ortaq sahibi, milyarder V. Ələkbərovun oğlu Yusif Ələkbərova qarşı sanksiyalar tətbiq edib.

Gülayə Mecid