Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan 6 rusiyalının səhhəti yaxşılaşdığı üçün xəstəxanalardan buraxılıb. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov TASS-a açıqlayıb. 

Onun sözlərinə görə, üç nəfər Moskvada xəstəxanalarda və federal mərkəzlərdə müalicə olunur: "Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı federal mərkəzlərdə və Moskva xəstəxanalarında müalicə alırlar, onların vəziyyətini müsbət proqnozla orta ağır kimi qiymətləndirirlər".

Ağarza Elçinoğlu