Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KXDR lideri Kim Çen Inın Moskvaya mümkün səfəri ilə bağlı məlumatı şərh edib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, hələlik KXDR liderinin Rusiyaya mümkün səfəri ilə bağlı rəsmi məlumat yoxdur.
"Ən yüksək səviyyədə təmasların davam etdirilməsi ilə bağlı hər hansı konkret məlumat ortaya çıxsa, biz sizə məlumat verəcəyik", - deyə Peskov gündəlik brifinqdə deyib.
Xatırladaq ki, yanvarın 13-də Cənubi Koreyanın "Yonhap" agentliyi KXDR liderinin bu ilin birinci yarısında Rusiyaya gələ biləcəyi barədə məlumat yayıb.