Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Faiq Yaşar oğluna məxsus suşi emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.