"Spartak"ın sabiq baş məşqçisi Domeniko Tedesko Belçika millisindən qovulub.
"Unikal" xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının saytında məlumat qeyd olunub.
Tedesko idman komitəsinin qiymətləndirməsindən sonra millinin baş məşqçisi vəzifəsindən azad edilib.
"Bu komanda hələ ilk günlərindədir və növbəti illərdə sıçrayış edəcək. Oyunçulara, federasiyanın gözəl heyətinə və azarkeşlərə ürəkdən uğurlar arzulayıram", - mütəxəssis qeyd edib.
Tedesko 2023-cü ilin fevralından Belçika millisinə rəhbərlik edir. 39 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda Avro-2024-ün 1/8 finalına çıxıb və burada Fransaya uduzub.
Belçikalılar daha sonra UEFA Millətlər Liqasının altı oyununda dörd məğlubiyyət alıblar.
Ağarza Elçinoğlu