20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin şəxsi heyəti yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
"Unikal" xəbər verir ki, onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.
Fotolar: Ayxan Məlikov