Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində gecə saatlarında yanğın baş verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Bildirilib ki, 12 mərtəbəli hotelin taxta fasadı yanğını sürətləndirib.
Hadisədən sonra ərazidə səhra xəstəxanası yaradılıb.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğına qarşı mübarizə müxtəlif ictimai qurum və təşkilatlardan 267 personal ilə davam edir.
Ağarza Elçinoğlu
🥀🇹🇷 #Bolu'nun #Kartalkaya Xizək Mərkəzindəki “#GrandKartal” hotelində gecə saatlarında yanğın baş verib.
— Unikal.az (@UnikalOrgPortal) January 21, 2025
Yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Hadisədən sonra ərazidə səhra xəstəxanası yaradılıb.#BaşınsağolsunTürkiye pic.twitter.com/KnpUYu9Ms9