Ermənistan Xarici İşlər Nazirliyi Bolu (Türkiyə) xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, Ermənistan XİN-in "X" sosial şəbəkəsində yazılıb:

"Boluda onlarla insanın həyatına son qoyan faciəvi yanğın bizi dərindən kədərləndirdi. Fikirlərimiz həlak olanlar və onların ailələri ilədir. Xəsarət alanlara şəfa diləyirik".

Qeyd edək ki, yanğın zamanı 66 nəfər ölüb, 51 nəfər yaralanıb.