Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində baş verən yanğın ölkəni yasa boğub. 

"Unikal" xəbər verir ki, 76 nəfərin ölümünə səbəb olan hotelin rəhbəri və  digər 8 nəfər saxlanılıb. 

Hadisə baş verməmişdən 3 gün əvvəl Kartalkayadakı "Grand Kartal" hotelinin sahibi və eyni zamanda Qərb Qaradəniz Turizm hotelciler Dərnəyinin sədri Halit Ergül  yerli mətbuata açıqlama verib. 

DHA-ya danışan Ergül, "Bütün hotellər hazırlıqlarını görüb və qonaqlarını gözləyir. Tətildə hotelin qiymətləri gecəlik 18 min-50 min TL arası dəyişir. Və bütün yamaclar açıqdır, uşaqlar üçün xizək məktəbləri var. Qonaqların əylənməsi üçün hər cür şərait var. İnsanları gözləyirik", - deyib.

Gülayə Mecid