"Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağı bacarmalıyıq".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı deyib. 

"Biz də bu istiqamətdə işləyirik. Adətən insanlar soruşurlar ki, mən bu barədə optimistəm, yoxsa pessimistəm? Mən praqmatikəm, sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləməliyəm. Əsas və məncə, ən əsası, sülh gündəmindən kənara çıxmamaq, onu hədəfimizə yönəltmək və təslim olmadan, ümidsizliyə qapılmadan işləməyə davam etməliyik. Ümid edirəm ki, bu istiqamətdə beynəlxalq ictimaiyyət də dəstək verəcək", - deyə Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu