ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Mark Pompeo və prezidentin keçmiş xüsusi nümayəndəsi Brayan Huku təhlükəsizlik hüququndan məhrum edib.
"Unikal" xəbər verir ki, buna səbəb Pompeo və Hukun daha əvvəl Tramp administrasiyasının idarə üsullarını pisləməsi olub.
Qeyd edək ki, Pompeo və Huk İranın siyasi və dövlət xadimlərinin qətlinə görə İranın potensial qurbanları siyahısındadır.