Müğənni Adelin malikanəsini alan Britaniya vətəndaşı Nikolas Satton hazırda "şər ruhlar" şayiələrinə görə evini sata bilmir. 

"Unikal" xəbər verir ki, həmin şəxs bu işdə müğənnini günahlandırır. Belə ki, Adel verilişlərin birində həmin evdə "şər ruhlar"ın dolaşdığını deyib. 

"Hər şey olduqca qorxuludur, həqiqətən. Həmin ev bir müddət monastır olub. İndi orda "şər ruhlar" yaşayır", - deyə Adel bildirmişdi. 

Məlumdur ki, malikanə 1900-cü ildə varlı Harvi ailəsi üçün tikilib və 1970-ci illərdən əsrin sonuna qədər monastır kimi istifadə edilib. Daha sonra yaşayış binasına çevrilib.