Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

"Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik", - o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Türkiyə böyük bir coğrafiyada sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına töhfə verir.