Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda maşının vurduğu piyada qadın dünyasınə dəyişib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisəni törədən "'Mercedes Benz C220" markalı avtomobilin sürücüsü Tural İsayev icra məmuru imiş.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı "Mercedes" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.