Gəncədə ana və onun övladı dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində yerləşən bina evlərinin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Leyla Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı aradırma aparılır.

Tural Əhmədov