Son günlər Kiyev müdafiəsiz mülki əhaliyə qarşı böyük dağıdıcı gücə malik silahlardan daha çox istifadə edir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Qrebenkin deyib.

"Biz son günlər Ukrayna silahlı qüvvələri tərəfindən qeyri-insani müharibə üsullarından istifadə hallarının tezliyini qeyd edirik", - o, jurnalistlərlə söhbətində bildirib.

Qrebenkinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının mülki əhalisinə zərər vurmaq cəhdləri cinayətkar "Kiyev rejiminin süqutu"nun yaxınlaşmasının sübutudur.

Gülayə Mecid