Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqına Gürcüstana qarşı ədalətli olmağı və öz problemlərinin həllinə daha çox diqqət yetirməyi tövsiyə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Kobaxidze jurnalistlərə açıqlamasında deyib. 

"Mən hamını Gürcüstana, gürcü xalqına və Gürcüstan hökumətinə qarşı ədalətli olmağa və Aİ-nin üzləşdiyi həm siyasi, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirməyə çağırıram", - Gürcüstan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, Aİ yanlış istiqamətdə hərəkət edir. Bütün bunların nəticəsi həm Avropa İttifaqında siyasi böhran, həm də Aİ-də yaranan iqtisadi problemlər oldu. 

Ağarza Elçinoğlu