Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ABŞ prezidenti Donald Tramp tərəfindən iqtisadi və səyahət sanksiyalarına daxil edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, məhz onun tələbi ilə BCM 2023-cü ilin martında Rusiya lideri Vladimir Putin, 2024-cü ilin noyabrında isə İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə orderlər verib.

ABŞ liderinin artıq bu barədə müvafiq fərmanı imzaladığı deyilsə də, lakin hələlik dərc edilməyib.