Meksikada çox sayda insan itkisi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Kankun şəhərindən Tabaskoya gedən avtobusun aşması nəticəsində azı 40 nəfər həlak olub. Daşıyıcı şirkətinin məlumatına görə, nəqliyyat vasitəsində 44 sərnişin olub.