Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
"Unikal" xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat dərc edib.
Bildirək ki, saziş 2024-cü il iyunun 6-da Ankara ilə Bakı arasında imzalanıb. Saziş miqrasiya sahəsində əməkdaşlığı təmin edəcək, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır.