Ruisyanın Maqadan şəhərinin meri Yuri Qrişan istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
O, artıq istefa ərizəsini təqdim edib. Fevralın 12-də ona Maqadan Şəhər Dumasının deputatları tərəfindən rəsmi şəkildə baxılacaq.
Qeyd olunur ki, deputatlar merin birinci müavini Aleksandr Malaşevskinin mer səlahiyyətlərini müvəqqəti icra edən təyin edilməsi üçün vəsatətlə çıxış etmək niyyətindədirlər. Bundan sonra Duma bu vəzifəyə namizədlərin seçilməsi üçün müsabiqənin tarixini müəyyənləşdirəcək.
Ağarza Elçinoğlu