Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub. 

"Unikal" xəbər verir ki, son oyun günündə bir matç keçirilib. 

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.  

Beləliklə, "Qarabağ" turnir cədvəlinə 53 xalla liderlik edir. "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdədir.