İstanbulu Avropa və Asiya hissələrinə ayıran Boğaziçi boğazında gəmiçilik qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
İstanbulun bir sıra ərazilərində güclü qar yağması səbəbindən yerli hakimiyyət orqanlarının qərarı ilə fevralın 12-də məktəblərdə dərslər ləğv edilib. Türkiyə paytaxtının Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanının fəaliyyətində hər hansı dəyişikliklə bağlı hələlik məlumat yoxdur.