İstanbulda yolda başlanan mübahisə ölümlə nəticələnib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Y adlı şəxs avtomobili ilə yanacaqdoldurma məntəqəsindən çıxarkən yoldan keçən qadını yüngülcə vurub.
Hadisə nəticəsində qadın heç bir xəsarət almayıb. Lakin qadının yanında olan qohumu hadisəyə görə N.Y-nin avtomobilə hücum edib.
Belə ki, o, N.Y-nin avtomobildə olan digər şəxs Numan Kola bir sillə vurub. Nəticədə Kol yerə yıxılıb və infarkt keçirib. Ona ilkin tibbi yardım edilsə də kişinin həyatını xils etmək münkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs nəzarətə götürülüb.
Gülayə Mecid