Ağsuda traktor yanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Növcü kəndində baş verib.

Yanğın yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Rzayev Fəxrəddin Xanış oğluna məxsus "Kubata 85" markalı təkərli traktorun mühərrik hissəsi tamamilə yanaraq sıradan cıxıb.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli