Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində beynəlxalq siyasi konsaltinq təşkilatı "Rasmussen Global"ın qurucu prezidenti, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Həmsöhbətlər regional hadisələr və təhlükəsizlik çağırışları, Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edib və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ağarza Elçinoğlu