Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın ona xüsusi nömrə verdiyini və ona “istənilən vaxt” zəng etməyə icazə verdiyini etiraf edib.

"Unikal" xəbər verir ki, o bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib.

Zelenski 2024-cü ilin iyul ayından Trampla birbaşa əlaqəsi olduğunu deyib.

Bundan əvvəl Zelenski Putinlə Trampın söhbətini bütün dünya üçün təhlükə adlandırmışdı.