Səudiyyə Ərəbistanı Rusiya ilə ABŞ arasında sadəcə ev sahibi olmayacaq, həm də vasitəçi kimi fəaliyyət göstərəcək.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmisi CNN-ə açıqlayıb. 

Məlumata görə, Rusiya və Ukrayna nümayəndələri arasında ilk görüş fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq. Ukrayna nümayəndə heyəti görüşə dəvət edilməyib. ABŞ hakimiyyəti əvvəlcə Rusiya Federasiyası və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparmağı, yalnız bundan sonra birgə sammit keçirməyi planlaşdırır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra Rusiya prezidenti ilə ilk görüşünün böyük ehtimalla Səudiyyə Ərəbistanında baş tutacağını açıqlamışdı.

Ağarza Elçinoğlu