Avropada və Böyük Britaniyada gözlənilən ömür artımı demək olar ki, qısalıb. 

"Unikal" xəbər verir ki, bir qrup britaniyalı alimlərin fikrincə, səbəblər piylənmə, pis qidalanma, aşağı fiziki aktivlik, həmçinin COVID-19 pandemiyasının nəticələridir. Tədqiqata görə, gözlənilən ömür uzunluğunun azalması ən çox İngiltərədə olub.

Professor Nikolas Stil təəssüflə qeyd edir ki, əsas risk faktorları - yüksək qan təzyiqi, yüksək xolesterin və piylənmə də insanların daha tez ölməsinə səbəb olur.