"FlyArystan" aviaşirkətinin Astana-Aktau reysində fövqəladə hadisə baş verib.
"Unikal" xəbər verir ki, baqaj bölməsində sərnişinin bel çantası yanıb. Uçuş bələdçiləri tez bir zamanda yanğını söndürüblər və təyyarə Astanaya qayıdıb. Təyyarədə 182 sərnişin olub və eniş normal şəkildə davam edib.
Aviaşirkətdən verilən məlumata görə, reys saat 17:10-a dəyişdirilib.