Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində naməlum şəxslərin diplomatik idarənin bağçasına molotov kokteyli olan iki butulka atmasından sonra partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat dərc edib.

"Polisdəki mənbələrə görə, bu gün səhər saatlarında konsulluğun bağçasına iki molotov kokteyli atılıb. Yaxınlıqda oğurlanmış avtomobil tapılıb", -  məlumatda qeyd olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***12:15

Fransanın Marsel şəhərində Rusiya Baş Konsulluğu yaxınlığında partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV  məlumat yayıb. 

"Marseldəki yanğınsöndürənlər Parisin 8-ci rayonunda, Rusiya konsulluğuna yaxın ərazidə partlayışın baş verdiyini təsdiqləyiblər", - məqalədə deyilir.

Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.