"Rəsmi Moskva Vaşinqtonla təmasları davam etdirəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
O, qeyd edib ki, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqlardan sonra hələ də mövcud olan çoxsaylı ziddiyyətlərə baxmayaraq, ölkələr normal dialoq aparmaq imkanı əldə ediblər.
"Lakin normal dialoq olmadan bu ziddiyyətləri aradan qaldıra biləcəyik. Amerikalı tərəfdaşlarımızla əlaqələri davam etdirəcəyik", - nazir vurğulayıb.
Lavrov əlavə edib ki, təmasların davam etdirilməsi ilə bağlı müvafiq razılaşma var.