"Ukrayna lideri Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli ilə bağlı fikrini köynəyindən daha tez-tez dəyişir". 

"Unikal" TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra bildirib.

"Mən yalnız bizim mövqeyimizi təsdiq edə bilərəm (Ukraynadakı münaqişənin həlli ilə bağlı – red.), çünki bu, qeyd etdiyiniz personajın (Zelenski – red.) mövqeyindən fərqli olaraq, dəyişməyib, o, mövqeyini köynəklərdən daha tez-tez dəyişir”, - nazir qeyd edib.

Bundan əvvəl Lavrov vurğulamışdı ki, Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlara hazırdır, lakin hərbi əməliyyatlar yalnız nəticə Rusiya Federasiyasını qane edəcəyi təqdirdə dayandırılacaq.

Gülayə Mecid