Qırğızıstan polisi təhlükəsizlik qüvvələri respublikada kütləvi iğtişaşlar hazırlayan keçmiş deputatın başçılıq etdiyi 8 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, "Kırk qrup yeti duban ıntımagi" assosiasiyasının üzvləri mütəmadi olaraq toplantılar keçirərək vətəndaşları ölkədə talan və əmlakın məhv edilməsi ilə vəziyyəti “sabitliyi pozmağa” yönəlmiş etiraz aksiyalarına hazırlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılanların üzərində axtarış aparılıb. Təhlükəsizlik qüvvələri silah, sursat, narkotik, dini ədəbiyyat və daha çox şey tapıblar.
Eks-deputatın adı isə açıqlanmayıb.
Gülayə Mecid